Xəbərlər 17.04.2024 00:10 1173

Gürcüstanın xüsusi təyinatlıları mitinq iştirakçılarını dağıtmağa başlayıb: itkilər var

Gürcüstan parlamentinin həyətinə gözyaşardıcı qaz səpilib, polis əməkdaşları izdihamı geri çəkməyə çalışır.

QHT.az xəbər verir ki, etirazçılara qarşı güc tətbiq edilib. Məlumata görə, mitinqin dağıdılması zamanı Lelo partiyasının baş katibi İrakli Kupradze və Zurab Caparidze yaralanıb. Gürcüstan Daxili İşlər Nazirliyi aksiyanın dağıdılması zamanı bir idarənin əməkdaşının yaralandığını bildirib. Digər fəallar və həkimlər etirazçılara ilkin tibbi yardım göstərirlər.

Mətbuat həmçinin bibər qazı nəticəsində bir neçə nəfərin xəsarət aldığını bildirir, vətəndaşların tibbi yardıma ehtiyacı var. Parlamentin yaxınlığında həbslər başlayıb. Daxili İşlər Nazirliyi də xəbərdarlıq siqnalını işə salıb, bundan sonra xüsusi təyinatlılar nümayişi dağıtmağa və su şırnaqlarından istifadə etməyə başlayıblar.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı