Xəbərlər 15.04.2024 10:50 1415

Şəhidimiz Rəmal Qasımovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin baş giziri olan Rəmal Qasımov 1992-ci il aprelin 15-də Gəncə şəhərində anadan olub.

QHT.az xəbər verir ki, 2010-2012-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub, 2013-cü ildən etibarən isə müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarında xidmət etməyə başlayıb. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 29 sentyabr tarixində Talış kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Rəmal Qasımov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı