Xəbərlər 08.04.2024 23:51 1118

“2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” müzakirə edilib - FOTOLAR

İstiqamətləndirici Komitənin bu gün keçirilən iclasında Sənədin icrası üzrə 5 istiqamətdə Nəticə Qruplarının həmsədrləri tərəfindən 2023-cü ilin yekunları və 2024-cü ilin prioritet istiqamətləri üzrə təqdimatlar edilib. BMT-nin Ölkə üzrə Rezident Əlaqələndiricisi Vladanka Andreeva Azərbaycanla bir sıra sahələr üzrə səmərəli əməkdaşlığı diqqətə çatdırıb.

QHT.az xəbər verir ki, Xanım Andreeva çıxışında vurğulayıb ki, 2023-cü ildə Azərbaycanda DİM-in həyata keçirilməsinə 34,2 milyon ABŞ dolları məbləğində sərmayə qoyulub. Bu büdcə strateji olaraq beş əsas sahə üzrə bölüşdürülüb. Bunlara hökumət, akademiya və vətəndaş cəmiyyəti ilə tərəfdaşlığın inkişaf etdirilməsi, inklüziv inkişafın təşviqi, iqlim dəyişikliyi ilə mübarizə, məlumatların toplanması mexanizmlərinin təkmilləşdirilməsi və gender bərabərliyinin təşviqi və dəstəklənməsi daxildir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı