Xəbərlər 03.04.2024 18:42 1118

Dövlət Sosial Müdafiə Fondu Sinqapurda “Qalib” mükafatı ilə təltif edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) növbəti beynəlxalq uğurunu Sinqapurda keçirilən “Festival of Innovation Awards 2024” beynəlxalq müsabiqəsində əldə edib.

 

 “GovInsider” beynəlxalq qurumu tərəfindən təşkil olunan müsabiqədə DSMF-nin son illər malik olduğu uğurlu islahatlar təcrübəsi yüksək dəyərləndirilib və Fond müsabiqənin qalibi olub. 

 

Beləliklə, 27 ölkədən 1600-dən çox nümayəndənin iştirakı ilə təşkil olunmuş Beynəlxalq İnnovasiyalar Konfransında DSMF “Qalib” mükafatı ilə təltif edilib. 

 

Fond bu mükafata sosial sığorta və sosial təminat sahəsində son illər ərzində ölkəmizdə aparılan islahatlar, sosial idarəçilikdə çeviklik və xidmət keyfiyyətinin artırılmasına görə layiq görülüb. 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı