Bu gün Əfv Komissiyasının ilk iclası keçiriləcək
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək.
QHT. az Oxu.Az-a istinadən xəbər verir ki, iclasda komissiyaya daxil olacaq müraciətlər araşdırılacaq.
Qeyd edək ki, komissiyanın iclasları 28 May - Müstəqillik Günü ilə əlaqədar nəzərdə tutulan əfvlə bağlı keçiriləcək.