Xəbərlər 03.04.2024 08:57 1552

Beynəlxalq “WSIS Prizes” müsabiqəsində Azərbaycandan daxil olan layihələr

İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin beynəlxalq “WSIS Prizes” müsabiqəsinin siyahısında Azərbaycandan daha 5 layihə yer alıb.

QHT.az xəbər verir ki, siyahıya “MyGov” platforması, "Əlillik" altsistemi, "Əmək və Məşğulluq" altsistemi , "Yaşıl gələcək" layihəsi "Hökumət Buludu" layihəsi və “yasilgelecek.az” layihəsi daxil edilib. Müsabiqənin növbəti mərhələsi ictimaiyyət üçün açıq olan səsvermə prosesidir. Azərbaycandan olan layihələrin növbəti mərhələyə keçməsi üçün səsvermədə iştirak etmək mümkündür.

Qeyd edək ki, bu layihələr, Azərbaycanın İnformasiya Cəmiyyəti sahəsindəki gücünü və yenilikçilik potensialını nümayiş etdirir. Hər bir layihə, öz sahəsində çoxsaylı faydalı tətbiqatlar və həllər təqdim edir. Bu da Azərbaycanın dünya ictimaiyyətinə təqdim etdiyi bir nümunədir: İnformasiya və kommunikasiya texnologiyalarının səmərəli, inklüziv və yenilikçi istifadəsi ilə sosial və iqtisadi sahələrə müsbət təsir göstərmək mümkündür.

Aşağıdakı linkdən “WSIS” saytında qeydiyyatdan keçərək səsvermədə iştirak edə bilərsiniz: bit.ly/4ceasxe

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı