Xəbərlər 02.04.2024 08:46 1068

Qazax 1 saylı mediasiya təşkilatı️nda monitorinq aparılıb- FOTOLAR

Mediasiya Şurası Qanunvericilik, normativ - hüquqi aktlar, Şuranın Nizamnaməsi və Şuranın İdarə Heyəti tərəfindən təsdiq edilmiş Qərarlardan irəli gələn nəzarət, tənzimləmə və qiymətləndirmə səlahiyyətlərinin həyata keçirilməsi məqsədi ilə Mediasiya Şurası tərəfindən 2024-cü ilin təqvim planına uyğun olaraq region mediasiya təşkilatlarında monitorinqlər həyata keçirir.

QHT.az xəbər verir ki, 5 sentyabr 2019-cu il “Mediatorların peşəkar etik davranış Qaydası”nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI (https://e-qanun.az/framework/43221) mediasiya təşkilatları və mediatorlar tərəfindən icrasının monitorinq edilməsi və ortaya çıxan nöqsanların aradan qaldırılmasına nail olmaq, əldə edilmiş uğurların isə qiymətləndirilməsi məqsədi ilə Mediasiya Şurası İdarə Heyətinin 26 fevral 2024-cü il tarixli Qərarı ilə Mediasiya Şurasının Etika Komitəsinə həvalə edilmişdir.

Mediasiya Şurasının Etika Komitəsinin sədri Aqil Əsgərov və Komitənin üzvü Tural Məmmədov tərəfindən Qazax şəhərinə səfər zamanı Qazax Mediasiya Təşkilatının rəhbərliyi və mediatorlarla birgə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilmiş, Ulu öndər ehtiramla anılmış və abidə önünə gül dəstələri qoyulmuşdur

Təqvim planına əsasən Qazax 1 saylı mediasiya təşkilatında monitorinqlər aparılmış, monitorinqlərdə Mediasiya Şurasının Etika Komitəsinin sədri Aqil Əsgərov, Komitənin üzvü Tural Məmmədov, Qazax 1 saylı mediasiya təşkilatının rəhbəri Pərvin Əhmədov və Qazax 1 saylı mediasiya təşkilatı ilə əməkdaşlıq edən mediatorlar iştirak etmişdir.

Müzakirələrdə təşkilatın marketinq fəaliyyəti, uğurlu barışıq sazişlərinin keyfiyyət göstəriciləri və vətəndaş məmnunluğuna müsbət təsir edən məqamlar, o cümlədən, qarşıda duran işlər geniş müzakirə edilmişdir.

Monitorinq zamanı Qazax 1 saylı mediasiya təşkilatı ilə əməkdaşlıq edən mediatorlar təşkilat tərəfindən təşəkkürnamə ilə təltif olunub.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı