27 mart Azərbaycanda Elm Günüdür!
Azərbaycan Dövlət İqtisad Universitetində Elm Günlərinə start verilir.
QHT.az xəbər verir ki, UNEC-də 4 aprel tarixinədək davam edəcək Elm Günlərində elmin bir sıra aktual mövzularında təlimlər, workshoplar, seminarlar, dəyirmi masalar və müzakirələr təşkil olunacaqdır. Elm Günlərində "Yeni Dövrün Elmi Başlanğıcı: Müasir Çağırışlar və Strateji Hədəflər" mövzusuna da müraciət ediləcək.