Xəbərlər 26.04.2024 19:55 2509

Qəbələ regionu üzrə nümayəndəmizin təşəbbüsü ilə “Kiber təhlükəsizlik” təlimi - FOTOLAR

Uşaq Səfirlər Məclisinin Qəbələ regionu üzrə nümayəndəsi Ayan Ağalının təşəbbüsü, Qəbələ rayon İcra Hakimiyyətinin, Qəbələ rayon Təhsil Sektorunun və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin dəstəyi ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Kiber təhlükəsizlik” təlimi keçirilib.

QHT.az xəbər verir ki, təlimdə region fəalları, Qəbələ rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Pərvin Məmmədov, Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi və tələbələri iştirak edib.

Region nümayəndəsi Ayan Ağalı çıxış edərək virtual aləmdə kibertəhlükəsizliyin önəmindən və uşaqların informasiyaların zərərindən qorunmasının vacib olduğunu bildirib.

Sonra Peşə Təhsil Mərkəzinin müəllimi, təlimçi Sahil Yusibov informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mövzusunda təlim keçib. Təlim zamanı IV sənaye inqilabı dövründə məlumat çoxluğunun müsbət cəhətləri ilə bərabər zərəli tərəflərinin də çoxluq təşkil etdiyini və təhlükəyə çevrildiyini, bu kimi hallar ilə mübarizənin artıq vahid qanun və dövlət proqramı ilə tənzimləndiyini, belə hallar ilə rastlaşdıqda atılacaq addımların mərhələli izahı verilib.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı