Xəbərlər 26.04.2024 11:31 2733

"Qərb dairələri Azərbaycanda terrorçuluğu maliyyələşdirmiş Ruben Vardanyanla bağlı müdafiə kampaniyasına başlayıb" QHT sədri

Nobel Sülh Mükafatına namizədliyinin verilməsinin davamı olaraq, ABŞ-ın “Edelman” PR şirkəti çirkli pulların yuyulması ilə sərvət toplamış, Ukraynada, Azərbaycanda terrorçuluğu maliyyələşdirmiş Ruben Vardanyanla bağlı müdafiə kampaniyasına başlayıb. Görünən odur ki, bu həmçinin Vardanyanın Nobel Sülh Muakafatına "layiqli" namizəd olduğunu əsaslandırmaq məqsədi daşıyır. 

QHT.az xəbər verir ki, bu barədə Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli məlumat verib. QHT sədri qeyd edib ki, CNN kanalının aparıcısı Kristian Amanpur, yenə riyakarlıq edərək, dəridən- qabıqdan çıxaraq, Vardanyanı onu dəstəkləyən materiallar tirajlaması üçün sifariş alıb: "Bu xanım guya məzlumun müdafiəçisi kimi çıxış edir, amma nədənsə həmişə milyonçuları daha çox işıqlandırır. Erməni milyonçu Nübar Afinyanın ardından, bu dəfə də Vardanyanın oğluna efir verdi. Xatırladım ki, bu günlərdə Amerikanın məşhur “Forbes” jurnalı dünyanın ən varlı insanlarının yenilənmiş siyahısını dərc edib. Siyahıya yalnız bir erməni - separatçı Ruben Vardanyanın adı daxil edilib. Onun sərvəti 1,1 milyard dollar qiymətləndirilir. Erməni milyarder siyahıda 2545-ci yeri tutub".

Ramil İskəndərli həmçinin bildirib ki, çirkli pullarla biznes imperiyası qurmuş beynəlxalq maliyyə fırıldaqçısı Ruben Vandanyanın əli dünyada günahsız insanların qanına bulaşıb, o, qanunsuz yollarla qazanc götürmək istədiyi hər yerdə terrorçuluğu maliyyələşdirməkdə iştirak edib: "Yeri gəlmişkən, bunu tək biz demirik. Ukrayna höküməti də Vardanyanı terrorçuluğu dəstəklədiyinə görə Vardanyanı snaksiya altında olan şəxslərin siyahısına salmışdır. Ukrayna Radasının deputatı Volodimir Vatras Vardanyan kimi terrorizmi dəstəkələyn şəxsin Nobel Sülh Mukafatın namizədliyinin irəli sürülməsini absurd adlandırıb. Azərbaycan QHT-lərinin Norveç Nobel Komitəsinə müraciətində də, çoxsaylı cinayətlərdə ittiham olunan Ruben Vardanyanla əlaqədar məsələyə yanaşmada Azərbaycan ictimaiyyətinin bu şəxs barədə aydın və qəti mövqeyini nəzərə almağa çağırmışdır".


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı