Xəbərlər 26.04.2024 18:15 2995

QHT sədri valideynlərin təhsil prosessində iştirakı, inkişafın köhnə və yeni formasından danışdı

“Dəyərli millət vəkilimiz Fazil Mustafanın “Dirilən adamın düşüncələri” adlı kitabında mövzu ilə bağlı çox maraqlı qeydlər var. İstərdim o qeydlərdən birini sizinlə də bölüşüm. Kitabda yazılır ki, "30 illik müstəqillik dövrümüzün bir qanayan yarasını, yəni Qarabağı əsasən sağalda bildik. Ancaq digər qanayan yaramız olan təhsili müqəddəs inanc yerinə çevirə bilmədik. Vətən təhsili də vətən torpağı kimidir. Qorumadınsa itirdinsə, bütün məmləkət əhli bunun suçlusudur". Doğrudan da, belə bir dövrdə valideyn məktəb münasibətlərinə yenidən baxılmalıdır. Bu, obyektiv bir zərurətdir”.

Bu sözləri “XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyinin sədri Könül Quliyeva QHT.az- a açıqlamasında bildirib. O qeyd edib ki, ailə və məktəb arasında qarşılıqlı münasibətlər heç də yetərincə deyil. Valideynlərin təhsil və tərbiyədə rolu həmişə olub və bu vacib hesab edilib: "Bu gün daha vacib sayılır, çünki onların rolu bu gün fərqli bir yeni formadadır. Ona görə də valideynlərin təhsil prosesində iştirakçılığını yüksək şəkildə təşkil etməliyik və valideynlərlə əməkdaşlığın əhəmiyyəti, effektivliyi də ondadır ki, biz bu əməkdaşlığa məktəbin təhsil sisteminin vəzifəsi kimi baxırıq. İşin ən yaxşı cəhəti də odur ki, əksər hallarda valideynlər özləri buna can atır. Bütün hallarda, istər oxumağın təhsilə olan münasibəti, istər təhsilin oxumağa olan münasibətlərini tənzimləmək və bu paralelliyi qorumaq istəyiriksə, valideyn məktəb əlaqəsi ilə bərabər, təhsilin də inkişafını hər zaman diqqətdə saxlamalıyıq. Həmişə bütün çıxışlarımızda qeyd edirik ki, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında rəşadətli gənclərimizin xidmətləri danılmazdır. Bu baxımdan istər dövlət olsun, istər vətəndaş cəmiyyəti, istər ictimai fəallar, hər birimiz gənc nəslin Vətənə məhəbbət, xalqımızın tarixinə, mədəni irsinə, milli mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunmasını, istedadlı gənclərin aşkar edilməsini, onların davamlı inkişafı üçün şərait yaradacayıq, bir sıra problemlərdən azad olunmasının təmin olunmasında biz maraqlı olmalıyıq. Bu gün biz gələcəyimizi onlara əmanət ediriksə, onların üzləşdikləri bir sıra sosial problemlərin həllində maraqlı olmalıyıq ki, onlar bizi arzuladığımız gələcəyə apara bilsinlər”.

Qeyd edək ki, bu mövzuda daha çox diqqət və resurslar cəlb etmək, oxuculuğu təşviq etmək, oxuyucuların düşünmə və analiz etmə bacarıqlarını dəstəkləmək lazımdır. Bu, cəmiyyətimizin mədəniyyətini və intellektual potensialını artıracaq və hər bir fərdi daha sağlam, müdrik və yaradıcı həyat yaşamağa yönəldəcəyikdir.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı