Xəbərlər 26.04.2024 19:49 2492

“Oğlanlar müzakirəyə qoşulur” tədbirinin növbəti görüşü keçirilib - FOTOLAR

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Oğlanlar müzakirəyə qoşulur” tədbirinin növbəti görüşü keçirilib.

QHT.az xəbər verir ki, Uşaq Səfirlər Məclisinin “Uşaqdan- uşağa” layihəsi çərçivəsində baş tutan görüş Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Həsən Əliyev çıxış edərək, Uşaq Səfirlər Məclisi barədə məlumat verib və layihənin əhəmiyyətindən bəhs edib.

“İnternet təhlükəsizliyi” mövzusunda təşkil edilmiş təlim zamanı Uşaq Səfirlər Məclisinin İKT departamentinin direktoru Aşurbəy Məmmədzadə və Uşaq Səfirlər Məclisinin üzvü Rüfət Əzizzadə iştirakçılara internet məkanında, sosial şəbəkələrdə zərərli informasiyadan qorunmağın yolları barədə məlumat verib, informasiya təhlükəsizliyi sahəsində səriştələrinin artırılması məqsədilə təqdimatla çıxış ediblər.

Sonda qonaqlar Fövqəladə Hallar Nazirliyinin Akademiyasının muzeyi ilə tanış olublar.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı