Xəbərlər 26.04.2024 17:58 2566

“Statistika anlayışı və statistik məlumatlara giriş imkanları” – Masallıda seminar

“Statistika anlayışı və statistik məlumatlara giriş imkanları” – Masallıda seminar

 

        Aprelin 26-da, Masallı Rayon Statistika İdarəsi Masallı Dövlət Regional Kollecinin tələbələri üçün “Statistika anlayışı və statistik məlumatlara giriş imkanları” mövzusunda seminar keçirib.
              İdarənin rəisi Ramin Bəgəlizadə statistika orqanlarının hüquq və vəzifələri haqqında danışıb, seminar iştirakçılarına uğurlar arzulayıb. 
        Kollecin direktor müavini Dilarə Hüseynova tələbələri əsasən, təhsil statistikası və məşğulluq göstəriciləri üzrə məlumatlarla bilgiləndirməyin vacibliyini vurğulayıb.
        İdarənin əməkdaşları Elmin Əliyev, İlkin Ağayev, Tərahim Kərimli və Babək Abdullayev statistika anlayışı və onun prinsipləri, statistik xidmət və məlumatların əldə olunması yolları, orta aylıq əməkhaqqının, işsizlik və yoxsulluq göstəricilərinin hesablanması, rayonun əmək bazarı, məşğulluq və əhalinin demoqrafik göstəriciləri barədə məlumat veriblər.
        Tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Akif AĞAYEV


 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı