Xəbərlər 19.04.2024 23:27 3425

Aslan Əzimzadə Azərbaycanda Məşğulluq sahəsində inkişafdan danışdı

“Qeyd etmək lazımdır ki, son altı il ərzində ölkədə həyata keçirilən mütərəqqi sosial siyasət kontekstində məşğulluq prosesləri də dayanıqlı şəkildə inkişaf etməkdədir. Təbii ki, bu məşğulluq proseslərinin müxtəlif istiqamətlər üzrə təhlil etmək önəmlidir. Ümumi olaraq 2024-cü ilin birinci rübünə baxsaq, görərik ki, əmək müqavilələrinin sayı 30,3 min müqavilə yəni 1,7 % artaraq 1839-a çatıb. Bu, birinci rübə məxsus göstəricilərdir və paralel olaraq birinci rübdə əmək haqqı fondu 2,9 % artmışdır. Ümumilikdə isə 2018-2023-cü illərdə əmək müqavilələri 38 %, əmək haqqı fondu isə 2,7 dəfə artmışdır. Eyni zamanda, birinci rübdə 98,6 minə kimi şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunmuşdur ki, bu şəxslərdən 44,2 min nəfəri münasib işlərlə təmin edilib, 683 şəxs özünüməşğulluq proqramına cəlb edilib. 3,4 min işsiz peşə hazırlığına cəlb olunub və 50,3 min şəxsə peşəyönümlü xidmətlər göstərilmişdir”.

Bu sözləri ƏƏSMN yanında ictimai şuranın üzvü Aslan Əzimzadə QHT.az –a açıqlamasında bildirib. Onun sözlərinə görə, ötən il 17,4 min şəxs özünüməşğulluq proqramına cəlb olunub və bu il də bu proses davam edir: “Özünəməşğulluq proqramı ölkənin məşğulluq siyasətində önəmli bir yer tutur və xüsusən də məhz bu proses məşğulluq üzrə önəmli indikatorlarda və əhalinin sosial rifahında yüksəlişin təmin olunmasını səciyyələndirir. Ötən dövrdə 80 minədək şəxs özünüməşğulluq proqramına cəlb olunub. Qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsi və postmüharibə prosesləri ölkənin sosial siyasətində və o cümlədən məşğulluq sahəsində çox önəmli və vacib çağırışları səciyyələndirir. Postmüharibə dönəmi çərçivəsində 21,6 min şəxsin məşğulluğu təmin olunub, parallel olaraq 10,5 min şəxs özünüməşğulluq proqramına cəlb edilmişdir. Təbii ki, növbəti istiqamət isə böyük qayıdış proqramıdır. Bu isə postmüharibə dönəminin ən önəmli istiqamətlərindən biridir. Hal-hazırdakı son statistikaya əsasən, köçürülən sakinlərdən artıq 1563 şəxsin məşğulluğu təmin edilib, 1234 sakinin isə məşğulluğunun təmin olunması istiqamətində işlər davam etdirilir. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərimizdə peşə hazırlığının təşkili işləri də aparılmaqdadır və ilkin mərhələdə həmin ərazilər üçün 12 min şəxs peşə hazırlığı peşə kurslarına cəlb olunacaqdır”.

Aslan Əzimzadə həmçinin qeyd edib ki, bütün bu göstəricilər bir daha onu sübut edir ki, Azərbaycanda məşğulluq proqramı və məşğulluq prosesi mütərəqqi dinamika ilə inkişaf edir: “Əgər biz dünya ölkələrini analiz etsək görərik ki, bu gün dünya ölkələrində bir çoxunda çox ciddi struktur böhran mövcuddur. Bu struktur böhran dərinləşməkdədir.  Nəticə etibarilə bu proseslər müstəvisində sözügedən ölkələrdə ciddi  məşğulluq problemləri yaşanır.  Paralel olaraq biz əgər dünya təcrübəsinə baxsaq, heç də bütün postmüharibə dönəmi yaşamış ölkələrdə Azərbaycandakı kimi sistemli və konstruktiv sosial siyasət, o cümlədən Azərbaycandakı kimi yüksək iqtisadi göstəricilərlə ehtiva olunan məşğulluq prosesi nəzərə çarpmır. Bu isə bir daha Azərbaycanın sözügedən istiqamətlər üzrə uğurlu nəticələrə gəldiyinin bariz nümunəsidir”.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı