Xəbərlər 26.04.2024 17:22 3375

“Hər bir kitab hər bir oxucu üçün yeni düşüncələr açır” – QHT sədri

“Bizim gələcəyimizin, bütün arzularımızın, xəyallarımızın, ümid tumurcuğu ailələrimizin bitməz tükənməz, misilsiz sevinci, sevgisi olan uşaqlarımızdan başlamaq istəyirəm. Uşaqlar oxumağı kiçik yaşlarından öyrənməlidir. Çünki bu beyin inkişafı üçün vacibdir. Yəni müəyyən biliklər də əldə edildikdən sonra oxumaq dayanmamalıdır oxumaq yaşından, iqtisadi vəziyyətindən, maddi durumundan, insanların hər hansı bir maraqlarından, ideyalarından asılı olmayaraq hər kəsin edə biləcəyi maraqlı fəaliyyətlərdən biridir. Buna görə də oxumağın gündəlik həyatımıza necə təsir etdiyini bilmək və davam etdirmək çox vacibdir. Oxumaq həm də beynimizi sağlam saxlayır, hafizəmizi inkişaf etdirir, daha güclü analitik bacarıqlar əldə eləyirik. Oxumaqla zehnimizi canlandırırıq. Bu, biz diqqətimizi də inkişaf etdiririk”.

QHT.az xəbər verir ki, bu sözləri “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva bildirib. O qeyd edib ki, hər bir kitab hər bir oxucu üçün yeni düşüncələr açır, yəni kitab oxuyanda hansısa bir formada o kitabdakı hadisələri, duyğuları, təcrübələri və personajları özümüzlə əlaqələndirməyə çalışırıq: “Bu nəinki kitaba qarışmağımızı təmin edir, həm də həyatımızda hələ baş verməmiş vəziyyətləri necə hiss edəcəyimizi və onlara necə reaksiya verəcəyimizi də dərk etdirir. Ona görə də kitab oxuyanda hər birimiz hər səhifədə özümüzün yeni bir hissəsini kəşf etmək şansımız olur”.

Qeyd edək ki, uşaqların oxumaqla tanış olması mümkün qədər tez yaşlarından başlamalıdır. İqtisadi vəziyyət, maddi imkanlar və hətta insanların maraqları belə bir prosesi maneə qoymamalıdır. Oxumaq insanın həyatında sonsuz imkanlar yaradır və bu imkanlardan faydalanmaq hər bir insanın hüququ olmalıdır.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı