Xəbərlər 18.03.2024 13:20 1679

Ülviyyə Qarayeva: “Texniki seleksiya mərhələsinə 737 QHT buraxılıb”

“Əgər 779 təşkilatın hər biri istədiyi büdcələr üzrə maliyyələşdirilərsə, bu, 16 milyon manatdan çox vəsait deməkdir. Yəni, tələb Agentliyin illik qrant büdcəsindən təxminən 4 dəfə çoxdur”.

QHT.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva agentliyin illik qrant büdcəsi haqqında açıqlamasında bildirib. O qeyd edib ki, hər bir layihə müraciəti mütləq maliyyələşdiriləcəyi anlamına gəlmir, donordan tələb olunan məbləğin də tam olaraq verilməsi öhdəliyi yoxdur: “Qaydalarda əksini tapmış meyarlar üzrə hər bir QHT-nin layihə müraciəti ciddi araşdırılır, yoxlanılır və məbləğ müəyyən edilir. Dünyada bu praktika heç kim üçün təəccüblü deyil. Bunun üçün bir neçə mərhələli prosedurlar var”.

Ülviyyə Qarayeva həmçinin prosedurlar haqqında da danışıb. Onun sözlərinə görə, elektron sistemdə layihəsini yükləmək istəyən 779 təşkilatın 42-sinin sənədlərində elektron qeydiyyat üçün uyğunsuzluqlar olduğundan onlar sistemdə pəncərə açmaq, qeydiyyatdan keçib layihə yükləmək şansına malik olmayıb, müsabiqədə iştirak hüququnu itirib: “Onların içərisində bizi təəccübləndirən müraciətlər də olub, bəziləri ümumiyyətlə, QHT olmayıb. Beləliklə, texniki seleksiya mərhələsinə 737 QHT buraxılıb. Sevindirici haldır ki, ötən ilin payızında QHT-lərlə keçirilmiş infosessiyalar və aparılan təbliğat nəticəsində “1 QHT-1 layihə” prinsipinin tətbiqinə demək olar ki, nail olunub. Bu dəfə hər bir QHT haqlı olaraq əsas diqqəti özünü daha güclü bildiyi bir layihə üzərində cəmləşdirib. Sağlam rəqabət üçün vacib şərtlərdən biri də bu idi. Beləliklə, texniki ekspertizaya 737 QHT-nin 754 layihəsi təqdim olunub”.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı