Xəbərlər 15.03.2024 16:08 2583

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı növbəti ictimai dinləmə Ucarda keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi”nə dair növbəti məlumatlandırma tədbiri Ucar rayonunda təşkil olunub.

 

Məqsəd məlumatlılığı artırmaq və nəzərdə tutulmuş hədəf kateqoriyalarını layihəyə cəlb etməkdir.

 

İşaxtaran və işsiz şəxslərin, o cümlədən öz biznesini qurmaq istəyən şəxslərin iştirak etdiyi görüşdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, eləcə də müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumat verilib.

 

İştirakçıları maraqlandıran suallar cavablandırılıb, həmçinin layihə çərçivəsində öz biznesini qurmaq istəyən şəxslərə müvafiq tövsiyələr verilib.

 

Sonda iştirakçılara layihə və təqdim edilən biznes zərflər barədə məlumatların əks olunduğu çap materialları paylanıb. 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı