Xəbərlər 26.04.2024 11:18 1883

Hindistanda parlament seçkilərində səsvermənin ikinci mərhələsi başlayıb

Hindistanda parlament seçkilərinin ikinci mərhələsində səsvermə başlayıb, 160 milyona qədər insan səs verə biləcək. 

QHT.az xəbər verir ki, Hindistanda seçkilər ənənəvi olaraq çoxlu sayda seçici, seçki rəsmilərini və səsvermə maşınlarını yerləşdirmək imkanlarının məhdudluğu və bəzi bölgələrdə əlçatmazlıq səbəbindən bir neçə mərhələdə keçirilir. Səsvermənin ilk günü aprelin 19-da əhəmiyyətli insidentsiz baş tutub. İyunun 1-dək daha beş mərhələ olacaq.

Aprelin 19-da olduğu kimi, təxminən 160 milyon insan səs verə biləcək. 13 ştat və ittifaq ərazisində seçkilər keçirilir, 543 deputatın oturduğu parlamentin aşağı palatasında 88 yerin taleyi həll olunur. MSK qeyd edir ki, cümə günü ölkədə hava şəraitinin “normal hədlər daxilində” gözlənildiyi üçün seçicilər rahat şəkildə səslərini verə biləcəklər. Bununla belə, bir sıra rayonlarda havanın temperaturunun 40 dərəcəni keçəcəyi gözlənildiyi üçün məntəqələrdə istilərə qarşı xüsusi tədbirlər görüləcək.

Seçki komissiyası əməkdaşlarının və hüquq-mühafizə orqanlarının hərəkəti üçün 3 helikopter, 4 xüsusi qatar, 80 minə yaxın avtomobildən istifadə olunacaq. Səsvermənin bütün mərhələlərinin nəticələrinə əsasən səslərin hesablanması iyunun 4-dək başa çatmalıdır. Ümumilikdə ölkədə 968,6 milyon nəfərin səsvermə hüququ var. 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı