Xəbərlər 26.04.2024 13:51 2316

Qəhrəman şəhidimiz Elfak Daşdəmirovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elfak Daşdəmirov 1996-cı il aprelin 26-da Qazax rayonunun Fərəhli kəndində anadan olub.

QHT. az xəbər verir ki, 2013-2017-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ali təhsil alıb. 2017-2018-ci illərdə isə müddətli həqiqi hərbi xidmətdə olub. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 26 oktyabr tarixində bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Elfak Daşdəmirov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı