Xəbərlər 27.02.2024 11:54 1309

Əməkdaşlığa dair memorandum imzalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) və “McDonald’s Azərbaycan” QSC arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

DSMF İdarə Heyətinin sədri Himalay Məmişov bildirib ki, sənəd korporativ sosial məsuliyyət çərçivəsində layihələrin həyata keçirilməsi üzrə qarşılıqlı faydalı, uzunmüddətli və effektiv əlaqələrin qurulması, eləcə də inkişafı üçün əməkdaşlığı nəzərdə tutur. Tərəflər əhalinin sosial cəhətdən həssas kateqoriyaya aid fərdlərinə, həmçinin Vətən müharibəsi şəhidlərinin və Vətən müharibəsi veteranlarının övladlarına dəstək məqsədilə sosial layihələr həyata keçirəcək.

“McDonald’s Azərbaycan” QSC-nin baş direktoru Oskar Boqopolski qeyd edib ki, sosial məsuliyyət “McDonald’s”ın korporativ siyasətinin vacib hissəsidir, DSMF ilə əməkdaşlıq şirkətin bu istiqamətdə fəaliyyətinin sərhədlərini daha da genişləndirir.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı