Xəbərlər 13.02.2024 10:56 941

QHT könüllüləri kitab guşələri yaradıb - FOTOLAR

"Regional İnkişaf" İctimai Birliyinin könüllülərinin təşəbbüsü ilə "Concept Anti Cafe"nin 4 fərqli məkanda yerləşən filialında kitab guşələri yaradılıb.

QHT.az xəbər verir ki, guşələrdə gənclərin kitaba olan marağının artırılması, asudə vaxtlarının səmərəli təşkilinə dəstək verilməsi məqsədilə yerləşdirilən rəflərdə oxuculara müxtəlif janrlarda kitablar təqdim edilir.

Qeyd edək ki, kitab rəfləri xüsusi yaradıcılıq və rəssamlıq qabiliyyəti olan bir qrup QHT-nin könüllüsü tərəfindən hazırlanıb.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı