Xəbərlər 29.11.2023 12:26 3163

Azərbaycan Dövlət İqtisad Universitetində dünyaca məşhur TEDx konfransı keçiriləcək

Dekabrın 2-də Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) təşkilatçılığı il' Azərbaycan Dövlət İqtisad Universitetində "TEDxUNEC" keçiriləcək.

QHT.az xəbər verir ki, “ISE STEP” tələbə klubunun rəhbəri İqbal Ağazadə və onun komandasının- Rəşad Sarıyev, Ayan Dəmirli, Elnur Babayev və Fidan Həsənlinin təşəbbüsü ilə keçiriləcək “TEDxUNEC”də 11 spiker cəmiyyətdə aktual olan müxtəlif mövzularda çıxış edəcək.

Tədbirin spikerlərini təqdim edirik:

1. Rövşən Abdullaoğlu - yazıçı

2. Nizami Orucov - psixoloq

3. Fidan Nizamova - psixoloq

4. Arzu Tofiqli – BP şirkətində maliyyə üzrə analitik (ISE məzunu)

5. Səməd Ağayev – kinorejissor

6. Orxan Şahbazov - neyromarketinq eksperti

7. Mirələm Əkbərli – "McKinsey & Company"də biznes analitik (ISE məzunu)

8. Seymur İlyasov – SOCAR-ın Strateji inkişaf və korporativ idarəetmə şöbəsinin müdiri

9. İdrak Atakişilli - BP şirkətində maliyyə analitiki (ISE məzunu)

10. Cavidan Səfərli – Azərbaycan Mentorluq Akademiyasında strateji inkişaf üzrə məsləhətçi

11. Aqşin Talıbzadə - PMAcademy, Layihə Menecment İnstitutunun mentoru.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı