Xəbərlər 28.11.2023 16:19 2809

“İnanıram ki, Qarabağ Universiteti keçmiş İnstitutun şöhrətini geri qaytaracaq”- QHT sədri

“Çox sevindirici haldır ki, bu gün artıq Xankəndi şəhəri işğalçılardan azaddır, orada üçrəngli bayrağımız dalğalanır. Daha bir sevindirici xəbər odur ki, Xankəndində Qarabağ Universitetinin yaradılaması ilə bağlı möhtərəm cənab Prezident Sərəncam verdi. Qarabağ regionunda ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitut yaradılıb. 1988-ci ildə erməni separatçılarının orada iğtişaşlar törətməsi nəticəsində İnstitut fəaliyyətini dayandırıb. Sonrakı fəaliyyətini Şuşa şəhərində davam etdirib. 1992-ci ildə Şuşa erməni işğalçıları tərəfindən işğal olunduqdan sonra İnstitut Ağcəbədiyə köçürüldü, sonrakı fəaliyyətini dayandırdı”.

Bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov QHT.az-a açıqlamasında bildirib. QHT sədri həmçinin qeyd edib ki, yenidən həmin İnstitutun bazasında Qarabağ Universitetinin yaradılması çox sevindirici haldır: “Bir Qarabağlı olaraq bu Sərəncamı alqışlayıram. İnstitutun 1969-1988-ci ildəki fəaliyyətində orada çalışan ziyalı insanların əməyi nəticəsində Azərbaycan elminə kadrların hazırlanmasında böyük rolu olub. Çox güclü Azərbaycanlı müəllim heyyəti, tanınmış insanlar, professorlar çalışıblar. Onlar Qarabağımızın adlı-sanlı, tanınmış ziyalıları, professorları müəllim heyyəti idi. İnanıram ki, Qarabağ Universiteti keçmiş İnstitutun şöhrətini geri qaytaracaq, Azərbaycanın təhsil ocaqları arasında, regionun və gələcəkdə də dünyanın tanınmış, adlı-sanlı Universitetlərindən biri olacaq. Qarabağ adının verilməsi çox xoşdur. Xüsusilə də Universitetin Xankəndində yenidən yaradılması alqışa layiq Sərəncamdır”.

Qeyd edək ki, bu addımın ictimai və iqtisadi sahədə müsbət təsir göstərməsi gözlənilir və regionun inkişafında önəmli bir rol oynayacağına inanılır.

 


Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı