Xəbərlər 24.11.2023 13:36 2944

Mediasiya Şurasının nümayəndə heyəti MUSİAD Ankara bölməsinin qonağı olublar

MUSİAD Ankara ofisinin rəhbəri Hasan Fehmi Yılmaz Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluq çərçivəsində qurulan əməkdaşlıq sahəsində mediasiya sahəsində də əməkdaşlığın çox mühüm olduğunu qeyd edib. 

QHT.az xəbər verir ki, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir AdilovTürkiyə və Azərbaycan mediatorları arasında qurulan səmərəli əməkdaşlığın iş dünyası üçün də çox önəmli olduğunu qeyd edərək MUSİAD Azərbaycanla Mediasiya Şurası arasında sıx əməkdaşlıq qurulduğunu və mediasiya sahəsində ölkəmizdə görülən işlər barədə məlumat verib. 

Keçirilən görüşdə Azərbaycandan həmçinin Mediasiya Şurasının İntizam Komissiyasının sədri, Bakı 8 saylı Mediasiya Təşkilatının rəhbəri Mayıl Əhməd, mediasiya təlimçisi, Mediasiya Şurasının Hüquqi Təminat və İnsan Hüquqları Komitəsinin üzvü, Bakı 18 saylı Mediasiya Təşkilatının rəhbəri Sadiq Bağırov, Mediasiya Şurasının Hüquqi Təminat və İnsan Hüquqları Komitəsinin üzvü, Bakı 4 saylı Mediasiya Təşkilatının rəhbəri, mediasiya təlimçisi Cabbar Həsənov, Sumqayıt 1 saylı Mediasiya Təşkilatının rəhbəri Etibar Həsənov və Azərbaycanın Türkiyədəki Ticarət Təmsilcisi danışmanı Aygün Əliyeva iştirak edib.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı