“İcbari tibbi sığorta sahəsində məlumatlılığın artırılması” mövzusunda təlim keçirilib - FOTOLAR
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi media, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “İcbari tibbi sığorta sahəsində məlumatlılığın artırılması” mövzusunda təlim keçirib.
QHT.az xəbər verir ki, bu barədə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov məlumat verib. QHT sədri bildirib ki, təlimin keçirilməsində məqsəd icbari tibbi sığorta sistemi barədə yazan jurnalistlərin, bu sahədə maarifləndirmə işləri aparan vətəndaş cəmiyyəti üzvlərinin, qurumla əməkdaşlıq əlaqələri quran beynəlxalq təşkilatların daha dolğun məlumatlandırılması, hədəf qrupları ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin media vasitəsilə ictimaiyyətə düzgün çatdırılmasıdır: “Təlimin sonunda iştirakçı qeyri-hökumət təşkilatları və media nümayəndələri sertifikatla təltif ediliblər”.
Pərvanə Fərhadqızı