Şəhidimiz Zamiq Hacıyevin doğum günüdür
Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu olan Zamiq Eldar oğlu Hacıyev 1983-cü il noyabrın 22-də Beyləqan şəhərində anadan olub.
QHT.az xəbər verir ki, Zamiq Hacıyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Hadrut qəsəbəsinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 29-da Xocavəndin Tuğ kəndi istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Zamiq Hacıyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!
R. İmanov