Xəbərlər 20.11.2023 19:15 1644

Napoleonun papağı 1,9 milyon avroya satıldı

Fransanın keçmiş imperatoru Napoleon Bonapartın papağı hərracda 1,9 milyon avroya satılıb. Papağı alan şəxsin kimliyi açıqlanmayıb.

QHT.az xəbər verir ki, Fransanın keçmiş imperatoru Napoleon Bonapartın tarixi papağının yeni sahibi bəlli olub. Fransanın paytaxtı Parisdəki Osenat Hərrac Evində keçirilən hərracda Bonapartın 19-cu əsrdə Fransa İmperiyasını idarə etdiyi dövrə aid ikibuynuzlu papaq 1,9 milyon avroya satılıb. Papağı alan şəxsin kimliyi hələlik ictimaiyyətə açıqlanmayıb. 

Qeyd edək ki, Napoleonun həyatı boyu təxminən 120 ikibuynuzlu papağa sahib olduğu təxmin edilir və bu gün yalnız 20-si qalıb, əksəriyyəti şəxsi kolleksiyalardadır. Napoleonun papağı hərracdan əvvəl 600 min avro ilə 800 min avro arasında qiymətləndirilirdi.

 

R.İmanov


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı