Xəbərlər 17.11.2023 17:02 6379

İşğaldan azad olunmuş torpaqlarda işləmək istəyərsən?

İşğaldan azad olunmuş torpaqlarda işləmək istəyənlərə yaxşı xəbərimiz var. İşğaldan azad olunmuş torpaqlarda işləmək istəyənlər üçün bu fürsətlər, onların inkişaf etmələrində və yeni nailiyyətlər əldə etmələrində köməkçi ola bilər.

QHT.az xəbər verir ki, dma.gov.az saytında “Layihələr” bölməsindən “Qarabağda iş imkanları” başlığını seçərək ən son yerləşdirilmiş vakansiyalarla tanış ola bilərsiniz. Vakansiyalara müraciət etmək istəyən şəxslər "mövzu" hissəsinə vakansiyanın adını qeyd etməklə CV-ni [email protected] elektron poçt ünvanına göndərə bilər.

Qeyd edək ki, CV göndərən şəxslərın öz bacarıqlarını və təcrübələrini aydın şəkildə təsvir etmələri tövsiyə olunur. Həm də vakansiya üçün tələb olunan bacarıqları vurğulamaq mühüm rol oynaya bilər. CV hazırlanarkən dil biliyi, təhsil və əlavə təlimlər, əvvəlki iş təcrübəsi kimi məlumatların düzgün və qarşı tərəfdaşın marağını cəlb edən şəkildə yerləşdirilməsi önəmlidir.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı