Xəbərlər 15.11.2023 10:22 3880

Qərbi Azərbaycanda dağıdılmış mədəni, tarixi və dini abidələrimiz ilə bağlı layihənin yekun tədbiri keçirilir

Sosial Tədqiqatlar Mərkəzində Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Qərbi Azərbaycanda dağıdılmış mədəni, tarixi və dini abidələrimiz: BMT-nin rəsmi veb səhifəsi üçün hesabat” adlı layihənin yekunları ilə bağlı tədbir keçirilir.

QHT.az xəbər verir ki, tədbirdə ixtisaslaşmış vətəndaş cəmiyyəti nümayəndələri, tədqiqatçı alimlər və media təmsilçiləri iştirak edir. Tədbirin açılışında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, Milli Məclis üzvü Elşad Mirbəşir oğlu açılış çıxışı ediblər.
Tədbirdə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasınınt rəhbəri Sahib Məmmədov layihə haqqında təqdimatla çıxış edir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı