Hər gün çiyələk yesəniz...
Gündə bir fincan çiyələk depressiyanın qarşısını almağa kömək edə bilər.
QHT.az xəbər verir ki, 12 həftə ərzində gündə təxminən səkkiz çiyələk istehlakı orta yaşlı insanlarda əhval-ruhiyyəni, yaddaş problemlərini və depressiya əlamətlərini yaxşılaşdırıb. Çiyələk sağlam pəhriz saxlamaq üçün vacibdir, çünki bir porsiyada tövsiyə olunan gündəlik C vitamini dozasının 100%-ni təmin edir. Onların tərkibində fol turşusu, kalium, lif, fitosterollar və polifenollar kimi ürək üçün faydalı qidalar da var.
Uzman Səxavət Məmmədzadə bildirir ki, çiyələk diş və diş ətlərinə yaxşı təsir edir, eyni zamanda diş daşlarından təbii üsulla azad olmağın düsturuna malikdir.
Pərvanə Fərhadqızı