Xəbərlər 20.10.2023 09:41 1502

Baydenə reaksiyalar azalmır: O, ölü uşaqlardan istifadə edir!

İsrailin blokadası altında olan Qəzzadan son xəbərlər gəlməkdə davam edir.

QHT.az xəbər verir ki, İsrailə demək olar ki, qeyd-şərtsiz dəstək verən ABŞ prezidenti Co Baydendən yeni addım gəlib. Bayden Ukrayna və İsrailə yardım üçün Konqresə müraciət edəcəyini açıqlayıb. Bu açıqlamalara reaksiya verən Ohayo qubernatoru Baydeni 'ölü uşaqlardan istifadə etməkdə' ittiham edib. Dünənki istefadan sonra Xarici İşlər Nazirliyinin hesabatı mətbuata sızdı. ABŞ prezidenti Co Bayden Oval Ofisdə xalqa müraciətində Konqresdən Ukrayna və İsrailə yardım istəyəcəyini bildirib. Ohayo senatoru J.D.Vens Ukraynaya əlavə yardımın əleyhinə çıxıb və bunu “iyrənc” adlandırıb: “O, skeptik və fəlakətli Ukrayna siyasətinə görə amerikalıları satmaq üçün İsraildə ölmüş uşaqlardan istifadə edir. Bunlar eyni ölkələr deyil. Bunlar eyni problemlər deyil və İsraildən siyasi pərdə kimi istifadə etmək cəhdi aqressiv münasibətdən başqa bir şey deyil”.
 

 

Pərvanə Fərhadqızı

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı