Xəbərlər 29.09.2023 18:21 7773

“Narkomaniyaya qarşı mübarizə istiqamətində maarifləndirmə”  mövzusunda tədbir – FOTOLAR

Qaçqın və Deportasiya Olunmuşlara Dayaq İctimai Birliyi sentyabrın 28-də Abşeron rayonunun Masazır tam orta məktəbində “Narkomaniyaya qarşı mübarizə istiqamətində maarifləndirmə” mövzusunda tədbir keçirib. Tədbirdə məktəblilərlə bərabər müəllim və valideynlər də iştirak edib.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. 

Layihə rəhbəri Oktay Sadıqov məktəbliləri bəşəriyyət üçün böyük bəla olan narkomaniya və onun törətdiyi acı nəticələr, onu qəbul edən şəxslərin fiziki və psixoloji cəhətdən məhv olması, orqanizmin zəifləməsi, bədəndə arıqlamanın baş verməsi, yaddaşın, təfəkkürün pozulması, ürək-damar sisteminin, qaraciyər və böyrəklərin funksiyasının pozulmasına gətirb çıxarması ilə bağlı məlumatlandırıb. O, hökumətin narkomaniya ilə mübarizə, narkotik maddələrin əhali, xüsusən də, gənclər və yeniyetmələr arasında yayılmasının qarşısının alınması istiqamətində Dövlət Proqramları qəbul etdiyini qeyd edib. Öncə Ümummilli lider Heydər Əliyevin, sonra isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin narkomaniya, narkobiznes və onun yayılmasının qarşısını almaq istiqamətində Fərman və Sərancamlar imzalaqlarını da məktəblilərin diqqətinə çatdırıb: “Bu günki gənclik sabahımız, gələcəyimizdir. Dövlətin, millətin, xalqın gələcəyi sağlam, ehtibarlı gənclərdən çox asılıdır. Odur ki, məktəblilərə zərərli vərdişlərdən, narkotika, siqaret və spirtli içkilərdən uzaq durmaq tövsiyyə edilib. Bütün bu zərərli vərdişlərə uymamaq üçün ictimaiyyət, ailə və məktəb birgə ardıcıl və davamlı mübarizə aparmalıdır. Bu tələyə bir dəfə düşən insanın oradan çıxması çətin olur. Məktəbliləri inandırmağa  çalışdıq ki, ən doğru seçim narkotika haqqında həqidəti öyrənmək və heç bir halda ondan istifadə etməməkdir”.

Layihə ətrafındakı müzakirələrdə layihənin psixoloqu İstək Bəxtiyarova, məktəbin direktor müavini Cəlalə Rzayeva və Samirə Allahverdiyeva iştirak edib. Onlar da məktəblilərə narkotik maddələrdən uzaq durmağı, asudə vaxtlarını idman və mədəni kütləvi tədbirlərdə, məktəbdə fakultativ məşğəllərdə keçirməyi tövsiyyə ediblər.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı