Xəbərlər 25.09.2023 12:44 665

Qərbi Azərbaycanla bağlı mühüm TƏKLİF: Yeni qanun qəbul edilsin

“Qərbi Azərbaycan qaçqınlarının statusu haqqında ayrıca qanun qəbul edilməlidir”.

 

 

QHT. az Modern.az-a istinadən  xəbər verir ki, bu təkliflə Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli "Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər" mövzusunda ictimai dinləmədə çıxış edib.

 

 

“Qaçqınların və Məcburi köçkünlərin statusu haqqında Azərbaycan Respublikasının Qanunu mövcuddur. Bu Qanun 1999-cu il mayın 21-də Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanıb. Artıq bu gün məcburi köçkün anlayışı Azərbaycan üçün tarixin arxivinə gömülməkdədir. Həm bu səbəbdən, həm də Qərbi Azərbaycana qayıdış konsepsiyasına uyğunlaşdırmaq baxımından elə hesab edirəm ki, bu qanuna yenidən baxılmalı, Qərbi Azərbaycan qaçqınlarının statusu haqqında ayrıca qanun qəbul edilməlidir”,- deyə o bildirib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı