Xəbərlər 14.09.2023 10:49 1015

Azərbaycan Ordusunun qəzada həlak olan hərbçisi Elgün Həsənovla vida mərasimi keçirilir

Çətin relyefli dağlıq ərazidə avtoqəzada həlak olan hərbçi Elgün Elşad oğlu Həsənovun nəşi Bakının Binə qəsəbəsinə gətirilib.

 

QHT. az  Oxu.Az -a istinadən xəbər verir ki, hazırda onunla vida mərasimi keçirilir.

 

Xatırladaq ki, sentyabrın 13-ü çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Taleh Saleh oğlu Əliyev, Elgün Elşad oğlu Həsənov və Nihad Kamrəddin oğlu Namazov həlak olublar.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı