Xəbərlər 26.05.2023 19:54 2037

Azərbaycanlı şairin kitabı Türkiyədə nəşr olunub

BAYRAQDAR MEDİA – Azərbaycan Yazıçılar Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvü, Azərbaycan Prezidenti Fərdi Təqaüd Fondunun təqaüdçüsü, müxtəlif beynəlxalq şeir müsabiqələrinin qalibi, tanınmış şair Rəsmiyyə Sabirin Türkiyənin paytaxtı Ankara şəhərində yeni – “Yerlə Gök Arasında” adlı şeirlər kitabı (türkcə) nəşr olunub.

 

QHT.az bildirir ki,  bu haqda xəbəri BAYRAQDAR MEDİA-ya müəllif təqdim edib.

 

Kitab, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin 40234 saylı yayın sertifikatı ilə Kərkük Kültür Dərnəyi tərəfindən nəşr edilib.

 

Kitabın ön söz yazarı və redaktoru Kərkük Kültür Dərnəyinin sədri, tanınmış yazar, jurnalist, tədqiqatçı Şəmsəddin Kuzəçidir.

 

Kitabda şairin Allah, Vətən, ana, torpaq, sevgi mövzularında müxtəlif illərdə qələmə aldığı şeirlər yer alıb.

 

“Yerlə Gök Arasında” kitabı Rəsmiyyə Sabirin sayca səkkizinci, Türkiyədə isə nəşr olunan ikinci kitabıdır.

 

Rəsmiyyə Sabirin 2011-ci ildə də Türkiyədə “Sahilsiz adam” şeirlər kitabı yayımlanıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı