“Regionlarda erkən nikah hallarının azaldılmasına dəstək verilməsi” layihəsi Tərtər rayonunda davam edir
“Addım” Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regionlarda erkən nikah hallarının azaldılmasına dəstək verilməsi” layihəsini Tərtər rayonunda uğurla davam etdirir.
12.04.2023-cü il saat 10.00 da Tərtər rayonunda Ailə,Qadın və Uşaq Problemləri üzrə Qadın Komitəsinin Tərtər rayon Qadın Resurs Mərkəzində layihə çərçivəsində “Yarımçıq təhsil, erkən nikah, qanunsuz kəbin və gender problemi” mövzusunda dəyirmi masa keçirildi.Tədbiri giriş sözü ilə Tərtər rayon İcra Hakimiyyətinin İctimai –Siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə xanım Quliyeva açdı .O qonaqları təqdim etdi və mövzunun aktuallığını qeyd etdi. Belə bir layihənin maliyyələşdirdiyinə görə Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkür etdi. Layihə rəhbəri Ş.Dadaşzadə layihənin donoru və icraçı təşkilat haqda məlumat verdikdən sonra layihəin məqsədlərini açıqladı.
Tədbirdə erkən nikah problemi ilə bağlı aparılan elmi-analitik araşdırmalar və bu problemin qarşısının alınması məqsədilə son illərdə həyata keçirilən tədbirlər, habelə mübarizə yolları barədə iştirakçılara məlumat verildi.
Sonra mövzu ətrafında müzakirələr oldu.
Tədbirdə layihənin eksperti T.Dadaşov ,psixoloq Aliyə İmanova ,Tərtər Rayon İH –nin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komisyanın məsul katibi Rəvan Həsənov , Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komisyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu Pərişan xanım Orucova, RGM İb-nin sədri Ş.Dadaşova çıxış etdilər.Və iştirakçıların suallarını cavablandırdılar. Yekun olaraq iştirakçılar maarifləndirmənin genişləndirilməsini hər kənddə, küçədə maarifləndirmə aparmanın vacibliyini vurğuladılar.
Yekunda xatirə şəkli çəkildi. Layihə rəhbəri Tərtər rayon İH-nin bütün əməkdaşlarına onlara yaradılan şəraitə görə təşəkkür etdi. İştirakçılar Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə və “Addım” Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyinə onların ərazisində maarifləndirmə aparıldığına görə təşəkkür etdilər.