Xəbərlər 21.03.2023 00:27 2668

ƏSMİD İctimai Birliyi üzvüləri üçün “Novruz” şənliyi təşkil etdi

Sumqayıt şəhərində fəaliyyət göstərən “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyi “Şam” Restoranında “Novruz” bayramı ilə əlaqədar tədbir təşkil etdi .

 

QHT.az  xəbər verir ki,tədbiri giriş sözü ilə açan “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin rəhbəri Səbinə Kərimova iştirakçıları salamladı və təşkilatın son bir ildə gördüyü işlər barədə hesabatını təqdim etdi. O,bildirdi ki, görülən işlər çoxdur və məqsəd əlilliyi olan şəxslərin sosial rifahının yaxşılaşdırılmasına dəstək verməkdir. Təşkilatın nizamnaməsində qeyd olunduğu kimi əlilliyi olan şəxslərin təhsilə,peşəyə cəlb olunması üçün bir sıra işlər görülür.

 

Bu il artıq təşkilatın 125 üzvü var və sayımız günü-gündən artmaqda davam edir. Bir il müddətində saysız hesabsız tədbirlər,görüşlər təşkil olunub. İstedadlı təşkilat üzvülərinin sosial rifahının yaxşılaşdırılması üçün onların əl işləri satış sərgilərinə göndərilib. Əlilliyi olan xanımlar üçün kurslar təşkil olunub və həmin xanımlar özünəməşqulluq proqramına qoşulublar. Onlar üçün gözəllik salonu yaradılacaq.

 

Bildirdi ki, bu il artıq təşkilatın 6 yaşı tamam olub.Bu altı il ərzində təşkilat əlilliyi olan şəxslərin cəmiyyətə surətlə inteqrasiyasına nail ola bilib. Bu inteqrasiya hər sahədə bundan sonra da davam etdiriləcək deyə vurğulayıb. Sonra təşkilata yeni gələnlərin üzvülük vəsiqələri onlara təqdim olundu. Tədbir maraqlı viktorinalar və rəqslərlə sona çatdı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı