Xəbərlər 17.03.2023 19:59 1773

Ərdoğan: “Finlandiyanın NATO üzvlüyünün təsdiqi prosesinə başlayırıq”

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Finlandiya Prezidenti Sauli Niinistönü qəbul edib.

 

Görüşdən sonra liderlər birgə mətbuat konfransında çıxış ediblər.

 

Ərdoğan Finlandiyanın NATO üzvlüyü məsələsinə toxunaraq onu danışıqların əsas mövzularından biri adlandırıb və Skandinaviya ölkəsinin alyansa daxil olma protokolunu təsdiqləyəcəklərini bəyan edib.

“Biz Finlandiyanın öhdəliklərini yerinə yetirmək üçün konkret addımlar atdığını gördük. Qət olunmuş məsafəyə əsaslanaraq, Finlandiyanın NATO-ya daxil olma protokolunun parlamentimizdə təsdiqi prosesinə başlamaq qərarına gəldik. İsveçlə isə terrorla bağlı məsələlərlə bağlı müzakirələr davam etdiriləcək”, - deyə dövlət başçısı bildirib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı