Xəbərlər 07.03.2023 18:39 1913

Nazir müavini: Peşə təhsili sahəsində gender əsaslı büdcə bəndinin tətbiqinə başlanılıb

7 Mart 2023-cü il tarixində Azərbaycanda “Qadın Gündəliyi”- Milli Dialoq Platformasının ictimaiyyətə təqdim olunması ilə bağlı konfrans keçirilib.

QHT.az xəbər verir ki, konfransda çıxş edən Elm və təhsil nazirinin müavini İdris İsayev gender bərabərliyinin təmin olunmasının  beynəlxalq gündəliyə daxil edilmiş bir məsələ kimi həm də ölkəmizin qoşulduğu Dayanıqlı İnkişaf Məqsədlərindən birini təşkil etdiyini qeyd edib.

Nazir müavini əlavə edib ki, bu istiqamətdə hər bir dövlət, o cümlədən Azərbaycan dayanıqlı və sistemli tədbirlər həyata keçirir. O, təhsilin gündəlikdə nəzərdə tutulan məsələlərin həllində ən vacib və həlledici məqam olduğunu bildirib və ölkəmizdə təhsildə qadın və kişilərin hüquqlarının bərabər olduğunu söyləyib. 


İ.Rzayev təhsil pilləsi artıqca qadınların iştirak göstəricisinin də artdığını qeyd edib və qadınların təhsildə iştirakçılığı ilə bağlı statistik göstəriciləri diqqətə çatdırıb.  Qadın gündəliyinə daxil edilən gender əsaslı büdcə bəndindən söz açaraq, ilk dəfə olaraq, Elm və Təhsil Nazirliyinin peşə təhsili sahəsində bu təcrübənin tətbiqinə başladığını vurğulayıb və gələcəkdə digər təşkilat və qurumların da bu təşəbbüsə qoşulacağına inamını ifadə edib.  


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı