Xəbərlər 26.01.2023 22:37 2078

ABŞ Vaqneri rəsmi olaraq  "beynəlxalq cinayət təşkilatı" elan etdi - YENİLƏNDİ

ABŞ Rusiyanın muzdlu şirkəti “Vaqner”i rəsmən beynəlxalq cinayət sindikatı elan edib. ABŞ Maliyyə Nazirliyi və Dövlət Departamenti rusiyalı şəxslərə və təşkilatlara qarşı yeni sanksiyalar tətbiq edib.
QHT.az xəbər verir ki, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyindən verilən yazılı açıqlamada Rusiyanın Ukraynaya qarşı mübarizə imkanlarını azaltmaq üçün yeni sanksiyaların tətbiq edildiyi açıqlanıb. Rusiyanın muzdlu şirkəti “Vaqner”in rəsmən beynəlxalq cinayət təşkilatı elan edildiyini qeyd edən nazirlik, Vaqnerin Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəsini dəstəklədiyini və Rusiyanın dəstəklədiyi bütün dünyada döyüş əməliyyatlarında iştirak etdiyini qeyd edib. Putinin Ukraynada müharibənin davam etdirilməsi üçün Vaqnerə güvəndiyini ifadə edən nazirlik, Vaqnerin də Afrika ölkələrinə müdaxilə edərək sabitliyi pozduğunu, geniş insan haqları pozuntularına yol verdiyini və ölkələrin təbii sərvətlərini qəsb etdiyini açıqlayıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı