Xəbərlər 24.01.2023 17:45 1898

Agentlik Qarabağ Dirçəliş Fondu tərəfindən “İanə Sertifikatı” ilə təltif edildi - FOTO

Yanvarın 24-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin yekunlarına dair mətbuat konfransı keçirib.

QHT.az xəbər verir ki, tədbirdə Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və Kommunikasiya şöbəsinin müdiri Pərvin Məmmədova layihə qaliblərinin Qarabağ Dirçəliş Fonduna ianə etmələrini müsbət hal kimi qiymətləndirərək bildirib ki, bu təşəbbüsün dəstəklənməsi, həyata keçirilməsi doğma Qarabağımızın yenidən bərpasına xidmət edəcək. "İnanıram ki, vətəndaş cəmiyyətinin nümayəndələri bu prosesdə yaxından iştirak etməklə Qarabağımızın bərpası prosesinə öz töhfələrini verəcək", - deyə Pərvin Məmmədova vurğulayıb.

Daha sonra QHT-lərə Dövlət Dəstəyi Agentliyinə Qarabağ Dirçəliş Fondu tərəfindən ianə sertifikatı təqdim olunub.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı