Xəbərlər 23.01.2023 18:19 578

Yunanıstanın hər 4 vətəndaşından biri psixi pozğunluqdan əziyyət çəkir - ÖZƏL

Yunanıstanın Səhiyyə Nazirinin müavini Zoi Rapti, pandemiyadan əvvəl təxminən 5 faiz olan psixi pozğunluqların son üç ildə pik həddinə çatdığını və Yunanıstan vətəndaşlarının 22,8 faizi, yəni təxminən hər 4 nəfərdən 1-nin bir növ xəstəliklə üzləşdiyini söylədi.


QHT.az xəbər verir ki, Rapti öz açıqlamasında "Pandemiya əhalinin böyük bir hissəsinə təsir etdi" ifadələrindən istifadə etdi - "Araşdırmalar göstərib ki, komendant saatı zamanı təkcə evdə qalanlar deyil, işçilər də güclü təzyiq və stress yaşayıblar. Nəticədə bu dapsixi pozğunluqlara səbəb oldu." Rapti açıqlamasında vətəndaşların üzləşdiyi problemlərin növlərini ictimaiyyətə belə izah edib:

Problemlərin 15 faizi narahatlıq pozğunluğu
7 faizi alkoqol və digər maddələrə aludəçilik
6 faizi ağır depressiya
Uşaqlarda 3 faiz psixiatrik vəziyyət
təxminən 1-2 faiz bipolyar pozğunluq
1 faiz şizofreniya və psixozlar
1 faiz obsesif kompulsif pozğunluq
1 faiz demans
5-10 faiz isə digər psixi pozğunluqlardır.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı