Xəbərlər 23.01.2023 11:21 1722

ABŞ-da silahlı hücum: 10 nəfər həyatını itirdi, mühasirəyə alınan şübhəli intihar etdi - ÖZƏL

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhəri yaxınlığındakı Monterey Park şəhərində rəqs klubuna hücum nəticəsində 10 nəfər ölüb, 10 nəfər yaralanıb. Yaralılardan 7-nin müalicəsinin davam etdiyi, bəzilərinin vəziyyətinin ağır olduğu açıqlanıb.
QHT.az xəbər verir ki, 72 yaşlı şübhəli Huu Can Tran hücumdan 12 saat sonra Monterey Parkından təxminən 48 kilometr aralıda, Torrance şəhərində ağ furqonda ölü tapılıb.

Polis Huu Can Tranın təhlükəsizlik qüvvələrinin əvvəlcə mühasirəyə aldıqdan sonra içəri girdiyi mikroavtobusda yarı avtomatik tapança ilə özünü vurduğunu açıqlayıb.

Monterey Parkındakı hücumun səbəbi hələlik məlum deyil. Polis Huu Can Tranın hücumdan sonra qaçdıqdan sonra Əlhambra şəhərində başqa bir rəqs klubunu hədəf almağa çalışdığını bildirib.

Məlum olub ki, Əlhambrada camaat Huu Can Tranın əlində silahı götürüb, lakin Huu qaçıb. Şənbə günü Monterey Parkında təşkil edilən hücumdan əvvəl Çin təqviminə görə yeni ili qeyd etmək üçün şəhərdə keçirilən festivala minlərlə insan qatılıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı