Şamaxı şəhərində keçirilən “QHT-lərin V İnkişaf və Mübadilə Proqramı” qeyri-hökumət sektorunda əhəmiyyətli dəyişikliklərin və inkişafların nümayişi oldu. Proqram, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə keçirildi.

QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli proqramın müsbət təsirini vurğulayaraq, iştirakçıların yüksək motivasiya və yaradıcı enerjilərinin proqramın hər bir aspektində özünü göstərdiyini bildirdi. O, proqramın QHT sektorunda islahatların qısa müddətdə bəhrələrini göstərdiyini və bu yanaşmanın artıq geridönməz şəkildə qəbul edildiyini qeyd etdi.

Z.İbrahimli, islahatların mühiti yaradıcılıq və sağlam rəqabət şəraitini formalaşdırdığını, QHT sektorunda şəffaflıq, hesabatlılıq, dürüstlük, profesionalizm, beynəlxalq əməkdaşlıq və səmərəli idarəetmə sahələrində əhəmiyyətli irəliləyişlərə səbəb olduğunu vurğuladı: "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Milli QHT Forumunun təşəbbüsləri bu islahatlara güclü impuls verib".

Proqramın yüksək peşəkarlıqla təşkilinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Azərbaycan Milli QHT Forumuna təşəkkür edən Zaur İbrahimli, Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva və Agentlik komandalarının yüksək performansını müsbət mənada heyrətləndirici olduğunu bildirdi. Təlimçilər Vüsal və Anar müəllimə də göstərdikləri əvəzolunmaz dəstəyə görə minnətdarlığını ifadə etdi.

 

 

Pərvanə Fərhadqızı

QHT.az