Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının yeni İdarə Heyəti fəaliyyətə başladı.
QHT.az xəbər verir ki, 2024-2026-cı illər üçün seçilmiş heyət ilk iclasında ölkədə və regionda insan hüquqları vəziyyətini, qarşıdan gələn əhəmiyyətli siyasi-ictimai hadisələri, eləcə də Azərbaycan Milli Platformasının növbəti 2 il üçün planlaşdırdığı fəaliyyətləri müzakirə etdi.
Qeyd edək ki, İdarə Heyətinin üzvləri Şəhla İsmayıl, Elxan Mehdiyev, Samir Əliyev, Elşən Nağıyev, Vüsalə Hüseynli və Sahib Məmmədovdur.










