"6 oktyabr 2026-cı ildə Dövlət İdarəçilik Akademiyası (DİA) və Bakı Politoloqlar Klubunun təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlara həsr olunmuş dəyirmi masa keçirilib".

QHT.az xəbər verir ki, bu fikirləri Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli bildirib.

Z.İbrahimlinin sözlərinə görə, DİA rektoru Urxan Ələkbərovun giriş sözü və BPK rəhbəri Zaur Məmmədovun moderatorluğu ilə baş tutan tədbirdə millət vəkilləri, politoloqlar, iqtisadçılar və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Zaur İbrahimli bildirib ki, müzakirələrdə dövlət başçısının çıxışında əks olunan daxili və xarici siyasət prioritetləri, strateji hədəflər, regional proseslər, milli təhlükəsizlik və dövlət idarəçiliyi ilə bağlı mühüm tezislər geniş şəkildə təhlil edilib.

O söyləyib ki, Prezidentin çıxışı Azərbaycanın yeni inkişaf mərhələsində milli təhlükəsizlik, ideologiya və inkişaf strategiyası üçün əsas yol xəritəsi olduğu vurğulanıb. Xüsusilə, ərazi bütövlüyünün və suverenliyin tam bərpasından sonra dövlətin gücləndirilməsi, iqtisadi davamlılığın təmin edilməsi və beynəlxalq mövqelərin möhkəmləndirilməsi kimi yeni vəzifələr önə çəkilib.

Z.İbrahimli qeyd edib ki, çıxışda səsləndirilən tezislər ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Dəyişən qlobal şəraitdə milli maraqlara əsaslanan bu tezislər həm cari siyasi proseslər, həm də ölkənin uzunmüddətli gələcək perspektivləri üçün mühüm əhəmiyyət daşıyır və hər bir qurum öz fəaliyyətində bu meyarları əsas götürməlidir.