NASA-nın “Apollo” proqramı çərçivəsində astronavtların Aya enişini təmin edən proqram təminatının hazırlanmasına rəhbərlik etmiş Marqaret Hamilton 90 yaşında vəfat edib.

QHT.az xarici mediaya istinadən bildirir ki, onun ölümünü keçmiş iş yeri olan Massaçusets Texnologiya İnstitutu (MIT) təsdiqləyib.

Hamilton 1959-cu ildə MIT-də fəaliyyətə başlayıb və burada proqram təminatının hazırlanması üzrə bölməyə rəhbərlik edib.

O, proqram mühəndisliyinin formalaşmasına mühüm töhfələr verib, kosmik gəmilərin proqram təminatını daha etibarlı və nasazlıqlara davamlı edib.

1969-cu ildə “Apollo 11” missiyası zamanı Hamiltonun hazırladığı proqram təminatı uçuş kompüterinin prioritet tapşırıqları düzgün yerinə yetirməsinə kömək edib. Bu, astronavtların Aya təhlükəsiz enişində mühüm rol oynayıb.

Hamilton 2003-cü ildə NASA-nın müstəsna kosmik fəaliyyətlərə görə mükafatına layiq görülüb.

Zəhra Mansırova