"Yeni dünya nizamı hər dəfə olduğu kimi mərmilər, raketlər, cəsədlər, məzarlarla qurulur. Yenisini qurmaq üçün şəhərlər, ölkələr, regionlar xarabazara çevrilir. Bu nə hikmətdirsə, hələ tam anlaya bilməmişik. Ötən əsrdə iki dağıdıcı dünya müharibəsindən sonra bəşər övladı daha birini başlamaq üzrədi".

QHT.az xəbər verir ki, bu fikirləri “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli bildirib. O, dünyada baş verən geosiyasi proseslər və müharibələrin yaratdığı təhlükələr barədə fikirlərini bölüşüb:

"Hətta başlayıb...görünür bəşər övladının təməl proqramında olan bu vəhşilik, dağıdıcılığı maarif, biliklə dəyişə bilmirik. Hər dəfə daha böyük və dağıdıcı müharibədən sonra, daha bir müharibə başlayır...Bəşər övladı 100 il böyük müharibəsiz yaşaya bilmir...Son qənaətim budur ki, gərək Sən hücuma hər zaman hazır olasan ki, qurban olmayasan..."