“Yurd həsrəti” adlı layihənin məqsədi Qarabağ münaqişəsi nəticəsində 30 ilə yaxın bir müddətdə sosial-psixoloji problemlərlə üzləşən, lakin bir gün belə ruhdan düşməyən və yurduna dönəcəyi ümidi ilə yaşayan insanların həyat hekayələrinin hazırlanmasıdır. Bu həyat hekayələrinin hər biri uğurlu sonluqla başa çatıb.
QHT.az xəbər verir ki, konkret olaraq Kəlbəcər sakinləri ilə söhbətlər aparılacaq və onların çin çıxan yuxularına toxunulacaq. Yuxularında evinə gedənlər indi real olaraq yurda gedirlər. Həm də bu insanların timsalında sülhə, əməyə, dinc yaşayışa çağırışlar ediləcək. İşıqlı gələcək qurmağın heç vaxt gec olmadığı göstəriləcək.
“Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyinin sədri Bəsti Nəsibovanın sözlərinə görə, ilk olaraq Kəlbəcərli sakinlərlə ayrı-ayrılıqda söhbətlər aparılacaq, onların işğal zamanı özləri ilə gətirdikləri əşyalar, sənədlər barədə məlumatlar əldə ediləcək, sonra gələcək planları haqqında “Çin çıxan yuxular” adlı video material hazırlanacaq, daha sonra ənənəvi və sosial mediada yayımlanacaq. Təşkilatın bu ilin iyul ayının 1-dən sentyabrın 30-a kimi davam edəcək “Yurd Həsrəti” adlı layihəsinə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi maliyyə yardımı göstərir.
“Yurd həsrəti” layihəsinə start verildi

ReklamBurada sizin reklamınız ola bilər
QHT.az-ı Google-da seçilmiş mənbə kimi təyin edinQHT.az xəbərləri Google axtarış nəticələrində sizə öncəliklə təqdim olunacaq.Təyin et








