Azərbaycan Silahlı Qüvvələrinin leytenantı olan Koroğlu Rəhimov 3 iyul 1992-ci ildə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

QHT.az xəbər verir ki, o, 31 oktyabr 1953-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 1969-cu ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra Bakıya gəlib və burada Azərbaycan Neft və Kimya İnstitutunun avtomexanika fakültəsinə daxil olub. 1972-ci ildə hərbi xidmətə çağırılıb və 1974-cü ildə Almaniya Demokratik Respublikasında hərbi xidmətini başa vurduqdan sonra yarımçıq qalan təhsilini tamamlayıb. 1988-ci ildə azərbaycanlıların Qərbi Azərbaycandan qovulması, 1990-cı ilin Qanlı Yanvar hadisələri və 1992-ci ilin fevralın 25–26-da baş verən Xocalı soyqırımı, onun milli ordu sıralarına könüllü olaraq yazılmasında böyük təsir göstərib.

Koroğlu Rəhimov 17 mart 1992-ci ildə könüllü olaraq Milli Ordu sıralarına yazılıb. "N" saylı hərbi hissənin 2-ci motoatıcı hərbi bölüyünün komandiri təyin olunub. Dəstəsi ilə bərabər Başkənd, Madagiz, Gülüstan, Buzluq, Çartaz, Erkəç, Mənəşli kəndlərini düşmən işğalından azad edib. O,

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə leytenant Rəhimov Koroğlu İsmayıl oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.